- İngiltərə P.L.
- 16:54 31.01.2026
“Liverpul”un baş məşqçisi Arne Slot bu mövsümdə 16 yaşlı hücumçu Riu Nqumohinin komandadakı rolundan danışıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
“Sol cinah hücumçusu — məhz bu rolu ona verirəm. Ən maraqlısı isə odur ki, mövsümün əvvəlində klub və digər Premyer Liqa komandaları böyük məbləğlər xərclədi. Amma nəticədə, akademiyamızın 16 yaşlı oyunçusu — yarı “Çelsi”, yarı bizim — qalibiyyət qolunu vurdu. Futbolun gözəlliyi də elə budur: çox pul xərcləmişik, çox satmışıq, amma yenə də gənclərə yer var. İndi onun üçün yer var və bacarığını göstərə bilər. Hazırkı vəziyyətdə onun yenə də şansı var, çünki biz yeni oyunçu gətirməmişik. Düşünürəm ki, o yenə ehtiyat oyunçular sırasındadır və lazım gələrsə, meydanda şansını göstərəcək.”
Qeyd edək ki, Riu Nqumohi Premyer Liqa tarixində qalibiyyət qolunu vurmuş 16 yaşlı ikinci oyunçu olub. Bu, 2-ci turda “Nyukasl”a qarşı (3:2) baş verib və həmin anda onun yaşı 16 il və 361 gün olub.