21 mart 2026. Şənbə

Nikolas Ceksonun “Bavariya”ya transferi sual altına düşüb


Nikolas Ceksonun “Bavariya”ya transferi sual altına düşüb

Seneqallı hücumçu Nikolas Ceksonun “Bavariya”ya keçidi gözlənilmədən dayandırılıb.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb “Çelsi”də hücumçu Liyam Delapin zədələnməsi olub. London klubu oyunçu çatışmazlığı səbəbilə transferi son anda ləğv edib.

Cekson menecerləri ilə birlikdə şənbə günü artıq Münhenə yollanmışdı. Onun agenti Diomansi Kamara sosial şəbəkələrdə paylaşım edərək narazılığını gizlətməyib:

“Biz geri dönməyəcəyik. Təyyarələr geri uçmur”, – deyə o bildirib. Daha əvvəl Kamara Münhenə uçuş zamanı təyyarədən çəkilmiş fotosunu da paylaşmışdı.

24 yaşlı hücumçunun gələcək taleyi hələlik “Çelsi”nin qərarından asılıdır. Transferin rəsmiləşməsi üçün London klubunun müvafiq sənədlərə imza atması vacibdir.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər