8 may 2026. Cümə

“Brayton” “Mançester Siti”ni məğlub etdi


“Brayton” “Mançester Siti”ni məğlub etdi

İngiltərə Premyer Liqasının III turunda “Brayton” öz meydanında “Mançester Siti”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “American Express” stadionunda keçirilən görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Matçı baş hakim Darren İnglendin rəhbərlik etdiyi briqada idarə edib.

Oyunun 34-cü dəqiqəsində Erlinq Haaland hesabı açaraq “şəhərliləri” önə çıxarıb. 67-ci dəqiqədə Ceyms Milner penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. 89-cu dəqiqədə Brayen Qruda meydan sahiblərinə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra “Brayton” turnir cədvəlində 4 xalla 10-cu pilləyə yüksəlib. “Mançester Siti” isə 3 xalla 12-ci yerdə qərarlaşıb.

Növbəti turda “Brayton” sentyabrın 13-də səfərdə “Bornmut”la qarşılaşacaq. “Mançester Siti” isə sentyabrın 14-də öz meydanında “Mançester Yunayted”i qəbul edəcək.







İngiltərə P.L.