21 mart 2026. Şənbə

“Mövsüm yeni başlayıb, titul uğrunda mübarizədən danışmaq tezdir”


“Mövsüm yeni başlayıb, titul uğrunda mübarizədən danışmaq tezdir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının III turunda “Brayton”a 1:2 hesabı ilə uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" çalışdırıcının dediklərini belə çatdırıb.

“Çox şey xoşuma gəlir. “Tottenhem”lə oyuna yaxşı başlamışdıq. Bu gün də oyunumuzun bir çox məqamları xoşuma gəldi, sadəcə qalib gələ bilmədik. Bu, cəmi bir matçdır. Mövsüm yeni başlayıb, qarşıda hələ uzun yol var”

Daha sonra ispaniyalı mütəxəssisə İngiltərə çempionluğu uğrunda mübarizə ilə bağlı sual verilib:

“Titul uğrunda mübarizə? Bizə bir az vaxt verin. Cəmi üç tur geridə qalıb”

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın ilk üç turunda cəmi üç xal toplaya bilib.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər