12 aprel 2026. Bazar günü

Aleksander İsak “Nyukasl”la vidalaşıb


Aleksander İsak “Nyukasl”la vidalaşıb

İngiltərənin “Liverpul” klubuna keçən İsveç millisinin hücumçusu Aleksander İsak “Nyukasl” azarkeşlərinə müraciət edib.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb:

"Komanda yoldaşlarıma, personalımıza və hər şeydən əvvəl – Nyukasla və üç unudulmaz il keçirdiyim əla azarkeşlərə təşəkkürümü bildirirəm. Birgə səylərimizlə klubun tarixini yazdıq və onu layiq olduğu səviyyəyə yüksəltdik.

Çempionlar Liqasına yüksəlişdən 70 il sonra ilk titul qazanmağa qədər bu macəranın bir parçası olmaq şərəf idi. Həmişə minnətdaram. Sağ ol, "Nyukasl!"

Qeyd edək ki, İsak 2022-ci ilin yayından “Nyukasl”da çıxış edib. İngiltərə Premyer Liqasında 86 oyunda 54 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

“Liverpul”dan inamlı qələbə
  • İngiltərə P.L.
  • 22:27 11.04.2026
“Liverpul”dan inamlı qələbə
"Everton" xal itirdi, "Brayton"dan qələbə
  • İngiltərə P.L.
  • 20:18 11.04.2026
"Everton" xal itirdi, "Brayton"dan qələbə
“PSJ-yə gedə bilərdim”
  • İngiltərə P.L.
  • 19:11 11.04.2026
“PSJ-yə gedə bilərdim”
“Arsenal” doğma meydanda uduzdu
  • İngiltərə P.L.
  • 18:31 11.04.2026
“Arsenal” doğma meydanda uduzdu
“Mən onlara inanıram”
  • İngiltərə P.L.
  • 22:38 10.04.2026
“Mən onlara inanıram”