- İngiltərə P.L.
- 12:43 04.12.2025
"Mançester Yunayted"dən "Çelsi"yə transfer olunan Alexandro Qarnaçonun yeni klubunda hansı nömrə ilə çıxış edəcəyi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, argentinalı "zadəganların" heyətində 49 nömrəli formada meydana çıxacaq.
Qeyd edək ki, Qarnaço əvvəllər “Mançester Yunayted”də də 49 nömrə ilə çıxış edib, daha sonra 17 nömrəyə keçmişdi.
Qarnaço ilə “Çelsi” arasında 7 illik müqavilə imzalanıb.
Hazırda “Çelsi” Premyer Liqada üç turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb. Növbəti matçını sentyabrın 13-də səfərdə “Brentford”a qarşı keçirəcək.