22 iyun 2026. Bazar ertəsi

Taverne “Bornmut”la müqaviləsini uzatdı


Taverne “Bornmut”la müqaviləsini uzatdı

“Bornmut” yarımmüdafiəçisi Markus Taverne ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu İngiltərə klubunun formasını 2029-cu ilə qədər qoruyacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Taverne 2022-ci ildə “Bornmut”a keçib. Üç il ərzində yarımmüdafiəçi klubun heyətində 93 oyuna çıxaraq 13 qol vurub və 14 məhsuldar ötürmə edib.

Hazırda “Bornmut” İngiltərə Premyer Liqasında 7-ci pillədədir. Baş məşqçi Andoni İraola rəhbərliyində komandası üç turda altı xal toplayıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər