12 sentyabr 2026. Şənbə

Avqust ayında “Arsenal”ın ən yaxşı oyunçusu bilindi


 Avqust ayında “Arsenal”ın ən yaxşı oyunçusu bilindi

“Arsenal” klubu avqust ayının ən yaxşı futbolçusunu açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu titul italiyalı müdafiəçi Rikardo Kalafioriyə verilib. O, səsvermədə iştirak edənlərin 52 faizinin dəstəyini qazanıb.

Kalafiorinin hesabında Premyer Liqanın ilk üç matçında bir qol var. Həmin qol “Mançester Yunayted”ə qarşı keçirilən ilk tur oyununda vurulub və “topçular”a 1:0 hesabı ilə qələbə qazandırıb.

Qeyd edək ki, italiyalı müdafiəçi ötən mövsümün əvvəlində “Boloniya”dan “Arsenal”a transfer olunub, lakin bəzən zədələr onu çətin vəziyyətə salıb. Premyer Liqanın ilk üç turundan sonra “Arsenal” altı xalla üçüncü pillədə qərarlaşıb. Komanda “Mançester Yunayted” və “Lids”i məğlub edib, “Liverpul”a isə uduzub.







İngiltərə P.L.

Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama
“Bu, bizim üçün çox vacibdir”
  • İngiltərə P.L.
  • 02:47 10.09.2026
“Bu, bizim üçün çox vacibdir”
“Çelsi” “Lids”ə aman vermədi
  • İngiltərə P.L.
  • 01:28 10.09.2026
“Çelsi” “Lids”ə aman vermədi
“Tottenhem”in yeni transferi zədələndi
  • İngiltərə P.L.
  • 22:08 09.09.2026
“Tottenhem”in yeni transferi zədələndi