21 mart 2026. Şənbə

Ceymi Vardi “Kremoneze”yə keçidini şərh etdi


Ceymi Vardi “Kremoneze”yə keçidini şərh etdi

“Lester” və İngiltərə millisinin sabiq hücumçusu Ceymi Vardi İtaliyanın “Kremoneze” klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, "BBC" fubolçunun dediklərini belə çatdırıb. 

“Yaş mənim üçün sadəcə bir rəqəmdir. Ayaqlarım əvvəlki kimi işləyirsə və özünü gümrah hiss edirsə, mən oynamağa davam edəcəyəm. Hələ heç bir əlamət yoxdur ki, tempim azalsın, ona görə bütün gücümü bu kluba verəcəyəm”.

Hücumçu həmçinin italyan dilini öyrənəcəyini qeyd edib, lakin vurğulayıb ki, futbolda universal dil var və onu başa düşmək heç bir problem yaratmır.

Qeyd edək ki, 38 yaşlı oyunçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb, müqavilənin uzadılması imkanı da mövcuddur.

Əlavə edək ki, “Kremoneze” yeni mövsümə uğurla başlayıb: ilk turda “Milan”ı 2:1, ikinci turda isə “Sassuolo”nu 3:2 hesabı ilə məğlub edib.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər