21 mart 2026. Şənbə

“Piero İnkapye komandamız üçün böyük əhəmiyyət kəsb edir”


“Piero İnkapye komandamız üçün böyük əhəmiyyət kəsb edir”

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandasının yay transferi Piero İnkapye barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bu, illərdir izlədiyimiz bir oyunçudur və nəhayət mövcud oldu. Yakub Kivioru itirdik və indi həmin mövqedə komandamızı gücləndirəcək bir oyunçuya ehtiyacımız var idi. O, müxtəlif mövqelərdə oynaya, fərqli taktiki sxemlərdə iştirak edə bilər. Bu oyunçu artıq gənc yaşına baxmayaraq böyük təcrübəyə malikdir və onu komandamızda görməkdən çox məmnunuq”

Qeyd edək ki, İnkapye yay transfer pəncərəsinin sonunda “Arsenal”a keçib. O, əvvəlki mövsümdə “Bayer” ilə Almaniya çempionu olub və Bundesliqada heç bir matç uduzmamışdı. Arteta əlavə edib ki, İnkapye artıq komandaya uyğunlaşmağa hazırdır, baxmayaraq ki, Ekvador millisində çağırış səbəbindən məşqlərə çox qoşula bilməyib.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər