31 yanvar 2026. Şənbə

Erling Haland Premyer Liqa tarixində tarixi nailiyyətə imza atdı


Erling Haland Premyer Liqa tarixində tarixi nailiyyətə imza atdı

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland öz komandasının cari mövsümdəki 50-ci ev oyununda 50-ci qolunu vurub.

90deqiqe.Az-ın "OptaJoe"yə istinadən məlumatına görə, Premyer Liqa tarixində bu nəticəyə daha az oyun sayında (47) yalnız Alan Şirer nail olub. Haland matçı dubl ilə tamamlayıb, “Mançester Siti” isə “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib. Hazırda Halandın komandası 6 xalla turnir cədvəlində 8-ci pillədədir.

Qeyd edək ki, Alan Şirer 1988-2006-cı illərdə “Sauthempton”, “Blekbern Rovers” və “Nyukasl” komandalarında çıxış edib və Premyer Liqanın ən məhsuldar bombardiri kimi 260 qol vurub.







İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi