- İngiltərə P.L.
- 16:54 31.01.2026
"Mançester Yunayted"in sabiq müdafiəçisi və İngiltərə millisinin keçmiş oyunçusu Fil Cons idman direktoru üzrə diplom qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "talkSPORT" məlumat yayıb.
Mərasim Londonun "Emireyts" stadionunda keçirilib. Təhsil proqramını uğurla başa vuranlar arasında "Nyukasl Yunayted"in hücumçusu Yoan Vissa və hazırda "Qalatasaray"da çıxış edən sabiq "Mançester Siti" futbolçusu İlkay Gündoğan da olub.
"Bu gün diplom almağıma görə inanılmaz dərəcədə qürurluyam. Futbolçu karyeramı başa vurduqdan sonra məhz bunu istəyirdim. Hər şey xoşuma gəldi, yaxşı təcrübə qazandım və faydalı tanışlıqlar əldə etdim. İndi gələcəkdə bunun mənim üçün hansı qapıları açacağını görmək üçün səbirsizlənirəm.
Futbolu bitirdikdən sonra öz-özümə soruşdum: 'İndi nə ilə məşğul olacağam?' Məşqçiliyi sevirəm, bu sahədə hələ də ambisiyalarım var. Amma bununla yanaşı başqa bir istiqamətə də ehtiyacım vardı. Bu proqram məni toparlamağa kömək etdi və həmin dövrdə mənim üçün çox vacib idi", – deyə Fil Cons bildirib.