8 noyabr 2026. Bazar günü

“Arsenal" Avropanın ən çətin rəqiblərindən biridir”


“Arsenal" Avropanın ən çətin rəqiblərindən biridir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının V turunda “Arsenal”la qarşılaşma ərəfəsində rəqibini qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Ümid edirəm ki, bu mövsüm ‘Arsenal’a keçən mövsümdən daha çox problem yarada bilərik. Arteta əla məşqçidir və son dörd-beş transfer pəncərəsində heyətlərini ciddi şəkildə gücləndiriblər. Onların inanılmaz heyəti və komanda anlayışı var, bu Avropanın ən çətin rəqiblərindən biridir. Keçən mövsüm ‘Arsenal’ möhtəşəm inkişaf etdi, çox möhkəm komandaya sahibdirlər. Müdafiədə səhv etmirlər, çox etibarlıdırlar. Hücumda sürətləri var və əlbəttə ki, standart vəziyyətlərdə də çox təhlükəlidirlər”

Qeyd edək ki, “Arsenal” öz meydanında “Mançester Siti”ni qəbul edəcək. Oyun 21 sentyabr, bazar günü baş tutacaq.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”