14 dekabr 2025. Bazar günü

“Mançester Yunayted” “Çelsi” üzərində qələbə qazandı


“Mançester Yunayted” “Çelsi” üzərində qələbə qazandı

İngiltərə Premyer Liqasının V turunda “Mançester Yunayted” doğma meydanda “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş Mançesterin “Old Trafford” stadionunda keçirilib. Matçın baş hakimi mersisaydlı Piter Benks olub.

Artıq 5-ci dəqiqədə “Çelsi”nin qapıçısı Robert Sançes qırmızı vərəqə alaraq meydandan qovulub. 14-cü dəqiqədə Bruno Fernandes hesabı açıb. 37-ci dəqiqədə Kazemiro üstünlüyü artırsa da, o, 45+5-ci dəqiqədə ikinci sarı vərəqə səbəbilə meydanı tərk edib. 80-ci dəqiqədə Trevo Çaloba “Çelsi”nin yeganə qolunu vurub.

Bu qələbədən sonra “Mançester Yunayted” 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 8 xalı olan “Çelsi” isə 6-cı sıradadır.

Növbəti turda “qırmızı şeytanlar” sentyabrın 27-də “Brentford”la qarşılaşacaq. Eyni gün “Çelsi” öz meydanında “Brayton”u qəbul edəcək.







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü