5 dekabr 2025. Cümə

“Azarkeşlər hər il çempionluq istəyir, amma bu..."


“Azarkeşlər hər il çempionluq istəyir, amma bu..."

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi, hazırda Almaniyanın “Volfsburq” klubunda çıxış edən Kristian Eriksen İngiltərə nəhənginin hazırkı durumu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "ESPN" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Əgər azarkeşlərdən soruşsanız, onlar istəyirlər ki, komanda növbəti 20 il ərzində hər mövsüm çempion olsun – necə ki, əvvəllər olurdu. Amma müasir futbolda bunu həyata keçirmək demək olar ki, mümkünsüzdür. Çünki digər klublarda da çox yüksək səviyyəli futbolçular çıxış edir. Bu, həqiqətən çətindir.

Şübhəsiz, azarkeşlər komandanın yenidən sabit bir top-klub statusuna qayıtmasını arzulayır. Amma mövcud vəziyyətə nəzər salsaq: “Yunayted” son iki mövsümdə İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. İstənilən başqa klub üçün bu, böyük qürur mənbəyi olardı.

Bundan başqa, klubun böyüklüyü, imici və “Old Trafford”dakı atmosfer də nəzərə alınmalıdır. Sanki bütün bunlar yetərli deyil. Ümid edirəm, bu vəziyyət dəyişəcək. Bəli, Liqa Kuboku kiçik bir turnir sayılır, amma hazırkı mərhələdə o belə çox önəmlidir”







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə