21 mart 2026. Şənbə

“Çelsi” Liqa kubokunda “Linkoln” üzərində çətin qələbə qazandı


“Çelsi” Liqa kubokunda “Linkoln” üzərində çətin qələbə qazandı

“Çelsi” klubu İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində III divizion təmsilçisi “Linkoln Siti”yə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Linkolndə keçirilən qarşılaşma “zadəganlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 42-ci dəqiqəsində meydan sahibləri hesabı açıb. Qolu Robert Strit vurub, ona ukraynalı futbolçu İvan Varfolomeyev ötürmə edib. “Çelsi” ikinci hissədə dönüş etməyi bacarıb – 48-ci dəqiqədə Tayrik Corc, 50-ci dəqiqədə isə Fakundo Buonanotte fərqlənib.

“Çelsi”nin 1/8 finaldakı rəqibi sonrakı günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Liqa kubokunun hazırkı qalibi “Nyukasl”dır. “Sorğular” ötən mövsüm finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub edib. Həlledici qolu isveçli hücumçu Aleksander İsak vurmuşdu.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər