7 dekabr 2025. Bazar günü

“Liverpul”un hücumçusu qol vurduqdan sonra meydandan qovuldu


“Liverpul”un hücumçusu qol vurduqdan sonra meydandan qovuldu

“Liverpul”un hücumçusu Uqo Ekitike Liqa Kubokunun 1/16 final mərhələsində “Sauthempton”la oyunda qeyri-adi vəziyyətlə yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə,85-ci dəqiqədə qələbə qolunu vurduqdan sonra fransalı futbolçu formasını çıxararaq azarkeşlərə göstərib. Artıq bir sarı vərəqəsi olan Ekitike bu hərəkətinə görə ikinci dəfə xəbərdarlıq alıb və cəmi bir dəqiqə sonra meydandan qovulub.

Xatırladaq ki, Ekitike ötən yay “Ayntraxt”dan “Liverpul”a transfer olunub. O, yeni komandasında indiyədək 8 matçda meydana çıxaraq 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı hücumçunun klubla müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub. Onun bazar dəyəri “Transfermarkt”ın məlumatına görə, 75 milyon avro təşkil edir.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə