8 noyabr 2026. Bazar günü

“Liverpul”un müdafiəçisi sıradan çıxıb


“Liverpul”un müdafiəçisi sıradan çıxıb

“Liverpul”un italiyalı müdafiəçisi Covanni Leoni klubdakı debüt oyununda ciddi zədə alıb.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı futbolçu İngiltərə Liqa Kubokunda “Sauthempton”la (2:1) görüşdə dizinin bağlarını qoparıb.

Leoni bu səbəbdən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Gənc oyunçu zədəsini görüşün sonlarına yaxın – 81-ci dəqiqədə alıb və onu Miloş Kyerkez əvəzləyib.

Xatırladaq ki, Leoni bu yay “Parma”dan “Liverpul”a 35 milyon avro qarşılığında transfer olunmuşdu.

Liqa Kubokunun növbəti mərhələsinin püşkü sentyabrın 24-də, bu raundun digər oyunlarından sonra atılacaq. Turnirin hazırkı qalibi “Nyukasl”dır. “Qarğalar” mart ayında keçirilən finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub etmişdi. Həlledici qolu Aleksandr İsak vurmuşdu.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”