- İngiltərə P.L.
- 16:54 31.01.2026
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi etiraf edib ki, karyerasının əvvəlində həyat yoldaşı Kolin onun alkoqol asılılığından xilas olmasında həlledici rol oynayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə 39 yaşlı sabiq futbolçu Rio Ferdinandın podkastında danışıb.
“İki gün ard-arda içirdim, sonra məşqə gəlib həftəsonu iki qol vururdum. Ardınca yenə iki gün içki içirdim. 17 yaşım olanda həyat yoldaşım Kolin bunun düzgün olmadığını başa düşdü. Mən həm futbola, həm də əyləncəyə aludə idim. O isə çox tez hiss etdi və məni nəzarətdə saxladı. Mənə sual verirdi: ‘Nə edirsən sən?’
Düşünürəm ki, o olmasaydı, indi sağ qalmazdım. Kolin 20 ildir məni həm futbolçu, həm də insan kimi ən yaxşı formada saxlamaq üçün hər şeyi edir. Bəzən əsəbiləşdirici ola bilər, amma məni daim düzgün yolda saxlayır”
Xatırladaq ki, Runi 2004–2017-ci illərdə “Mançester Yunayted”in heyətində çıxış edib. O, klubla beş dəfə Premyer Liqanın qalibi olub, həmçinin Çempionlar Liqası və Avropa Liqasını qazanıb.