8 may 2026. Cümə

“Liverpul” gənc hücumçusu ilə peşəkar müqavilə imzaladı


“Liverpul” gənc hücumçusu ilə peşəkar müqavilə imzaladı

“Liverpul”  hücumçu Rio Nqumoa ilə ilk peşəkar müqaviləsini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

17 yaşlı futbolçu ilə anlaşmanın müddəti açıqlanmayıb.

Xatırladaq ki, ingilis futbolçi 2024-cü ilin sentyabrında “Çelsi”dən “Liverpul” akademiyasına keçib. O, əsas komandanın heyətində artıq 5 oyuna çıxıb. 25 avqustda, cəmi 16 yaşında olarkən, Premyer Liqa matçında “Nyukasl”a (3:2) qarşı debüt edib və 90+10-cu dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Gənc forvard 2024/25 mövsümündə “Liverpul”un müxtəlif yaş qrupları üzrə gənclər komandalarında da çıxış edib.

Qeyd edək ki, beş turun ardından “Liverpul” 15 xal toplayaraq Premyer Liqada turnir cədvəlinin lideridir.







İngiltərə P.L.