- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərənin “Tottenhem” klubu konsorsium tərəfindən irəli sürülən satış təklifini almasına baxmayaraq, lakin rədd edib.
90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, konsorsiumun rəhbəri Erik Bruklindir.
Məlumata görə, keçmiş ABŞ-lı DJ və hazırda iş adamı olan Erik Bruklin “Tottenhem” üçün 5,15 milyard avro təklif etməyi planlaşdırırdı. Klubun sahibləri Lyuiz ailəsinə yaxın mənbə bunu “istənilməyən və lazımsız maraq” adlandırıb.
Klub tərəfindən yayılan rəsmi açıqlamada bildirilir: “Klubun İdarə Heyəti təsdiq edir ki, ‘Tottenhem’ satılmır və ENIC [əsas səhmdar] klubdakı payını satmağı planlaşdırmır”.
Qeyd edək ki, daha əvvəl də “Tottenhem”ə bir neçə satış təklifi daxil olmuşdu və hamısı uğurla rədd edilmişdi.