- İngiltərə P.L.
- 12:43 04.12.2025
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Brayen Mbeumonun oyununu şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Onun gətirdiyi hər şey çox önəmlidir. Mbeumo həmişə kömək etməyə hazırdır – çox qaçır, çox presinq edir. O, keçən mövsümlə müqayisədə tam fərqli təhlükə yaradır. Onun oyunundan çox razıyam. Bu liqadan oyunçu imzalamaq vacib idi ki, onun nə verə biləcəyini daha yaxşı başa düşək. Brayenlə şanslı olduq”.
Qeyd edək ki, “Mançester Yunayted” sentyabrın 27-də Premyer Liqada səfərdə “Brentford”la qarşılaşacaq. Mbeumo həmin komandada cari ilin iyul ayına qədər çıxış edirdi.