- İngiltərə P.L.
- 12:43 04.12.2025
"Vest Hem" klubunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, "çəkiclər" portuqaliyalı məşqçi Nunu Eşpiritu Santuş ilə müqavilə bağlayıb.
Mövsüm ərzində "Nottingem Forest"dən ayrılan mütəxəssis bazar ertəsindən etibarən komandaya rəhbərlik edərək "mollotoboyçular"ı İngiltərə Premyer Liqasının 6-cı turunda "Everton"la səfər oyununa çıxara bilər.
Qeyd edək ki, bu gün, 27 sentyabr, "Vest Hem" baş məşqçi Qraham Potterin istefasını açıqlayıb. Onun rəhbərliyi altında komanda cari mövsümdə keçirdiyi altı oyundan beşində məğlub olub.
Potter 2025-ci ilin yanvarında "Vest Hem"in baş məşqçisi təyin olunmuşdu. Hazırkı mövsümdə beş turdan sonra "mollotoboyçular" cəmi üç xal toplayaraq turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb və düşmə zonasındadır.
Xatırladaq ki, "Nottingem Forest" 9 sentyabr tarixində Nunu Eşpiritu Santunun istefasını elan etmiş, onun yerinə isə Ancelos Postekoqlu gətirilmişdi.