5 dekabr 2025. Cümə

"Mançester Yunayted" yeni stadionda çətir formasında örtükdən imtina etdi


"Mançester Yunayted" yeni stadionda çətir formasında örtükdən imtina etdi

"Mançester Yunayted" klubunun sahibləri yeni stadion layihəsində çətir formasında örtük quraşdırmaqdan imtina ediblər.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, mövcud stadion ərazisi bu tip örtüyü quraşdırmaq üçün kifayət etmirdi. Daha sonra "Old Traford" ətrafındakı torpaq sahəsinin sahibi ilə danışıqlarda da problemlər yarandı. Torpaq sahəsinin sahibləri 400 milyon funt sterlinq həcmində kompensasiya tələb etdilər ki, bu da klub rəhbərliyinin planlaşdırdığı məbləği bir neçə dəfə üstələyirdi.

Mart ayında "Mançester Yunayted" 100 min tamaşaçı tutumuna malik yeni stadion tikintisi planlarını açıqlamışdı. Layihəyə əsasən, stadionun ətrafında çətir formasında örtük quraşdırılması nəzərdə tutulmuşdu. Lakin bir çox azarkeşlər bu ideyanı tənqid edərək, çətir örtüklərini "sirk çadırına" bənzətmişdilər.

Xatırladaq ki, fevral 2024-cü ildən klub Britaniyalı milyarder Cim Ratkliffə məxsusdur. Daha əvvəl klubun səhmlərinə Avram və Coel Qlazer qardaşları sahib idilər.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə