27 mart 2026. Cümə

“Mançester Yunayted”də baş məşqçi dəyişikliyi gündəmdə


“Mançester Yunayted”də baş məşqçi dəyişikliyi gündəmdə

“Mançester Yunayted”in həmsahibi Cim Ratklif İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeytlə birbaşa təmasda olub.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, ingilis mütəxəssis komandanın baş məşqçisi Ruben Amori­nin istefası halında mümkün namizədlər siyahısına daxil edilib.

Mənbənin iddiasına görə, “qırmızı şeytanlar” hazırda Amori­ni istefaya göndərmək istəmirlər. Lakin əgər belə qərar qəbul olunarsa, kompensasiya məbləğini daha aşağı səviyyədə ödəmək üçün portuqaliyalı mütəxəssisə noyabrın 1-dən əvvəl istefa veriləcək.

Amorim “Mançester Yunayted”in sükanı arxasına 2024-cü ilin noyabrında keçib. Komanda İngiltərə Premyer Liqasının altı turundan sonra cəmi 7 xal toplayaraq turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, Qaret Sautgeyt 2016–2024-cü illərdə İngiltərə yığmasına rəhbərlik edib. Onun başçılığı altında “üç şir” Avropa çempionatlarının iki finalına yüksəlib.







İngiltərə P.L.

Kulusevski zədəsi ilə bağlı danışdı
  • İngiltərə P.L.
  • 23:34 26.03.2026
Kulusevski zədəsi ilə bağlı danışdı
"Napoli"də yenidən futbola aşiq oldum"
  • İngiltərə P.L.
  • 23:39 25.03.2026
"Napoli"də yenidən futbola aşiq oldum"