5 dekabr 2025. Cümə

“Kristal Pelas" məğlubiyyətsizlik seriyasını davam etdirir


“Kristal Pelas" məğlubiyyətsizlik seriyasını davam etdirir

İngiltərə Premyer Liqasının 6-cı turunda “Kristal Pelas” “Liverpul”u 2:1 hesabı ilə məğlub edərək bütün turnirlər daxil olmaqla 18 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirib və klub rekordunu təkrarlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Londondakı klub tarixində ilk dəfə olaraq Premyer Liqanın ilk altı turunu məğlubiyyətsiz keçirib. Bundan əlavə, “Kristal Pelas” yalnız Premyer Liqa çərçivəsində 12 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirir ki, bu seriya ötən mövsümdən başlayıb.

Hazırda Oliver Qlasnerin komandası Premyer Liqa cədvəlində 12 xalla ikinci pillədə qərarlaşıb. Növbəti turda “stəkollçular” 5 oktyabrda səfərdə “Everton”la qarşılaşacaq.

Xatırladaq ki, klubun əvvəlki 18 oyunluq ardıcıl məğlubiyyətsizlik seriyası 1969-cu ilin fevral-avqust aylarında qeydə alınmışdı.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə