31 yanvar 2026. Şənbə

Haland İngiltərə Premyer Liqasında Sulşeri geridə qoydu


Haland İngiltərə Premyer Liqasında Sulşeri geridə qoydu

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqanın 6-cı turunda “Bernli”yə qarşı matçda iki qol vuraraq komandasının 5:1 hesablı qələbəsində əsas rol oynayıb.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı norveçli futbolçunun İngiltərə Premyer Liqasındakı məhsuldarlığı 103 oyunda 93 qola çatıb və beləliklə, Haland Premyer Liqa tarixində ən məhsuldar norveçli futbolçu adını qazanıb.

O, “Mançester Yunayted”in sabiq oyunçusu Ole-Qunnar Sulşeri (91 qol, 235 oyun) geridə qoyub. Hazırda Səudiyyə klubu “Əl-Xalidj”də çıxış edən Coşua Kinq isə 204 oyunda 53 qol ilə üçüncü sıradadır.

Cari mövsümdə Haland altı turda 8 qol vuraraq “Mançester Siti”nin əsas hücum gücü olduğunu göstərir.







İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi