22 sentyabr 2026. Çərşənbə axşamı

“İndi istədiyim zaman istirahət edə bilərəm”


“İndi istədiyim zaman istirahət edə bilərəm”

“Borussiya” (Dortmund), “Maynts” və “Liverpul” klublarının baş məşqçisi Yurgen Klopp Merseysayd təmsilçisini tərk etdikdən sonra boş vaxtı barədə danışıb. 

90deqiqe.Az xəbər verir ki, "The Athletic" sabiq çalışdırıcının dediklərini belə çatdırıb.

 “Mən bir çox ölkələrdə məşqçi olmuşam, amma orada yalnız otel, stadion və məşq meydançasını görmüşəm. Başqa heç nə görməmişəm. Ona görə də bunları çox darıxaraq xatırladığımı deyə bilmərəm. İndi isə seçimim var – istədiyim zaman istirahət edə bilərəm. Və özüm qərar verirəm, yaxşı, Ulla (arvadım — red.) da qərar verir (gülür). Amma nə Premyer Liqa, nə də Bundesliqa mənim üçün prioritet deyil.”

Qeyd edək ki, alman mütəxəssis 2024/2025 mövsümünün sonunda “Liverpul”dan ayrılıb və hazırda "Red Bull" sistemində fəaliyyət göstərir.







İngiltərə P.L.

“Sanki futbol oynamaqdan zövq almır”
  • İngiltərə P.L.
  • 23:24 21.09.2026
“Sanki futbol oynamaqdan zövq almır”
“Bu oyunu qazanmalı idik”
  • İngiltərə P.L.
  • 23:08 20.09.2026
“Bu oyunu qazanmalı idik”
“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi