8 noyabr 2025. Şənbə

Bentankur “Tottenhem” ilə müqaviləsini uzadıb


Bentankur “Tottenhem” ilə müqaviləsini uzadıb

“Tottenhem” klubu uruqvaylı yarımmüdafiəçi Rodrigo Bentankur ilə müqaviləsini uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Yeni müqavilənin dəqiq müddəti açıqlanmasa da, onun uzunmüddətli olacağı bildirilir. Bentankurun əvvəlki müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədə idi.

28 yaşlı futbolçu açıqlamasında bunları deyib:

“Özümü çox yaxşı hiss edirəm və bu möhtəşəm klubda fəaliyyətimi davam etdirdiyim üçün məmnunam. Ailəm xoşbəxtdir, əla dostlarım və komanda yoldaşlarım var. Bu klubu sevirəm və burada özümü çox rahat hiss edirəm.

Avropa Liqasında qələbə fantastik bir an idi və biz bu uğuru inkişaf etdirərək daha çox titul qazanmaq istəyirik. Yeni baş məşqçimiz və yeni kapitanımız var və mən klubda daha uzun illər keçirmək niyyətindəyəm.”

Qeyd edək ki, Rodrigo Bentankur 2022-ci ilin yanvarında “Yuventus”dan “Tottenhem”ə transfer olunub. O, İngiltərə klubunda 122 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Keçən mövsümdə Bentankur London təmsilçisi ilə ilk trofeyini — Avropa Liqasını qazanıb.







İngiltərə P.L.

“O, dahidir və bunu haqq edir”
  • İngiltərə P.L.
  • 15:43 08.11.2025
“O, dahidir və bunu haqq edir”
"Fernandeş rotasiyaya hazır olmalıdır"
  • İngiltərə P.L.
  • 15:24 08.11.2025
"Fernandeş rotasiyaya hazır olmalıdır"
“Hazırda ən yaxşı formamdayam”
  • İngiltərə P.L.
  • 15:09 08.11.2025
“Hazırda ən yaxşı formamdayam”
“Ferqyuson həmişə qəlbimdə qalacaq”
  • İngiltərə P.L.
  • 23:28 06.11.2025
“Ferqyuson həmişə qəlbimdə qalacaq”