27 mart 2026. Cümə

“Mançester Yunayted” evdə qələbə qazandı


 “Mançester Yunayted” evdə qələbə qazandı

İngiltərə Premyer Liqasının VII turunda “Mançester Yunayted” evdə “Sanderlend” komandası ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən oyunda ev sahibləri 2:0 hesabı ilə qalib gəlib. Matçın baş hakimi Stüart Atvell (Nunaton, Uorikşir) olub.

8-ci dəqiqədə Meyson Maunt hesabı açaraq “qırmızı şeytanlar”ı önə çıxarıb, 31-ci dəqiqədə isə Benyamin Şeşko komandaya üstünlüyü ikiqat artırıb.

Qələbədən sonra “Mançester Yunayted” 10 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb, “Sanderlend” isə 11 xalla 6-cı sıradadır.

Növbəti turda “qırmızı şeytanlar” oktyabrın 19-da səfərdə “Liverpul”la, “qara pişiklər” isə oktyabrın 18-də evdə “Volverhempton”la qarşılaşacaq.







İngiltərə P.L.

Kulusevski zədəsi ilə bağlı danışdı
  • İngiltərə P.L.
  • 23:34 26.03.2026
Kulusevski zədəsi ilə bağlı danışdı
"Napoli"də yenidən futbola aşiq oldum"
  • İngiltərə P.L.
  • 23:39 25.03.2026
"Napoli"də yenidən futbola aşiq oldum"