21 mart 2026. Şənbə

“Ruben Amorimi tam dəstəkləyirik”


“Ruben Amorimi tam dəstəkləyirik”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasının VII turunda “Sanderlend” üzərində 2:0 hesablı qələbədən sonra komandanın baş məşqçisi Ruben Amorimə dəstəyini ifadə edib.

90deqiqe.Az xəbər verir ki, "BBC" futbolçunun dediklərini belə çatdırıb.

“Biz baş məşqçimizi 100 faiz dəstəkləyirik. Elə nəticələrimiz olub ki, həm komandaya, həm məşqçi heyətinə, həm də azarkeşlərə mənfi təsir göstərib. Bu qarşılaşma bizim üçün çox vacib idi. Düşünürdük ki, ‘Çelsi’ ilə oyundan sonra hər şey dəyişəcək, amma ‘Brentford’a səfərdə məyusedici nəticə aldıq. İndi hər şey yenidən başlayır. Fasilə dönəmində çox çalışacağıq. Məqsədimiz ardıcıl iki, sonra üç qələbə qazanmaq və ilk dördlük uğrunda mübarizəyə qoşulmaqdır”

Hazırda “Mançester Yunayted” 10 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər