29 iyun 2026. Bazar ertəsi

"Mançester Siti" qışda müdafiəçi transferindən imtina edə bilər


"Mançester Siti" qışda müdafiəçi transferindən imtina edə bilər

"Mançester Siti" klubunun rəhbərliyi yanvar transfer pəncərəsində yeni sağ cinah müdafiəçisinin transferinin məqsədəuyğunluğu ilə bağlı tərəddüdlər keçirməyə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, klub rəhbərliyi gənc futbolçu Abdukodir Husanovun çıxışından məmnundur və bu səbəbdən mövsümün sonunadək həmin mövqeyə yeni oyunçu transferindən tamamilə imtina edilə bilər.

Qeyd olunur ki, baş məşqçi Xosep Qvardiola cari mövsümdə 21 yaşlı müdafiəçidən sağ cinahda fəal şəkildə istifadə edir. Husanov bu mövsüm bütün turnirlər daxil olmaqla 5 oyunda meydana çıxsa da, hələlik qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər