14 dekabr 2025. Bazar günü

“Trentin yerində olsaydım getməzdim”


“Trentin yerində olsaydım getməzdim”

“Liverpul”un sabiq kapitanı və yarımmüdafiəçisi Stiven Cerrard keçmiş komanda yoldaşı Trent Aleksander-Arnoldun ötən yay “Real Madrid”ə transferi haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, sabiq futbolçu bu barədə “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinandın podkastında çıxışında deyib.

“İstənilən futbolçuya “Barselona” və ya “Real” maraq göstərsə, bu diqqətini çəkir. Vaxtilə Mourinyonun rəhbərliyi dövründə “Real” mənimlə də maraqlanmışdı — bu, doğrudur. Bu barədə çox danışılmadı, amma bu, mənim üçün maraqlı idi, çünki söhbət “Real”dan gedirdi. Kim olmağından asılı olmayaraq, bu klublar sənin üçün gələndə düşünürsən. Buna görə Trentə anlayışla yanaşıram. Onun ən yaxın dostu orada oynayır, o, artıq “Liverpul”la hər şeyi qazanıb və bəlkə də yeni çağırış istəyir... Mənim bir hissəm onu başa düşür,” — deyə Cerrard bildirib.

Eyni zamanda Cerrard əlavə edib:
“Amma mən onun yerində olsaydım, belə addım atmazdım.”







İngiltərə P.L.

“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi
Salah geri döndü
  • İngiltərə P.L.
  • 20:04 13.12.2025
Salah geri döndü