21 mart 2026. Şənbə

“Keçən mövsüm karyeramı bitirməyi düşünmüşdüm”


“Keçən mövsüm karyeramı bitirməyi düşünmüşdüm”

“Mançester Siti”nin müdafiəçisi Con Stones keçən mövsüm yaşadığı zədələr səbəbindən karyerasını bitirməyi düşündüyünü açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ""BBC" təcrübəli futbolçunun dediklərini belə çatdırıb. 

“Keçən mövsüm mənim üçün o qədər çətin oldu ki, karyeramı bitirməyi düşündüm.Peşəkar olmaq, hər şeyi düzgün etmək və sonra yenidən zədə almaq, cavab tapa bilməmək – bütün bunlar psixoloji baxımdan çox ağır idi. Təkrarlanan zədələr zamanı bəlkə sadəcə deyə bilərsən: ‘A, B və ya C-i etmədim, buna görə belə oldu’. Amma hər şeyi düzgün edirsən və yenə zədə alırsan – bu, psixika üçün həqiqi sınaqdır. Ümid edirəm, bir daha o vəziyyətə qayıtmayacağam.”

Qeyd edək ki, hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasında 5-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər