- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərənin "Arsenal" klubu ev stadionu olan "Emireyts"in yenidən qurulması və genişləndirilməsi ilə bağlı müxtəlif planları nəzərdən keçirir.
90deqiqe.Az "ESPN"ə istinadən xəbər verir ki, London təmsilçisi artıq bir ildən çoxdur ki, stadionun modernləşdirilməsi istiqamətində ilkin araşdırmalara başlayıb. Qeyd edək ki, "Emireyts" stadionu gələn yay ilk oyununa ev sahibliyi etməsinin 20 illiyini qeyd edəcək.
Hazırda yekun qərar qəbul olunmayıb və proses hələlik ilkin müzakirə mərhələsindədir. Klub rəhbərliyi həm kiçikmiqyaslı yenilənmələr, həm də stadionun əhatəli şəkildə genişləndirilməsi variantlarını dəyərləndirir.
Lakin hər hansı ciddi yenidənqurma işlərinin həyata keçirilməsi müəyyən çətinliklərlə üzləşə bilər. Belə ki, stadion nisbətən dar – 70 min kvadratmetr ərazidə yerləşir, yaxınlıqdan dəmir yolu xətti keçir və tikinti ilə bağlı texniki və hüquqi məhdudiyyətlər mövcuddur.