- İngiltərə P.L.
- 12:43 04.12.2025
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand hesab edir ki, onun keçmiş komanda yoldaşı Ueyn Runi yaxın zamanda yenidən məşqçi kimi fəaliyyətə qayıda bilər.
90deqiqe.Az xəbər verir ki,“talkSPORT” sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Düşünürəm ki, Ueynə yenidən məşqçiliyə qayıtmaq imkanı yaransa, o, bundan mütləq istifadə edəcək. Çünki o, bu işə çox böyük həvəs göstərir. Açığı, nə Ueyni, nə də Stiv Gerrardı xaraktercə məşqçiliyə uyğun insanlar kimi görmürdüm. Amma Ueyn bu xüsusiyyətlərə sahibdir və istənilən işi görməyə hazırdır.”
Sabiq futbolçu Runinin “Plimut”dakı fəaliyyətinə də toxunub:
“Heç kim onun o qədər uzaqda – ‘Plimut’da işləyəcəyini gözləmirdi. Amma o, futbola olan sevgisinə görə bu addımı atdı. O, sadəcə bu mühitdə olmaq, hər gün futbolun içində yaşamaq istəyir. Məncə, indi Ueyn özünü media sahəsində də uğurla göstərə bilər — çünki o, çox dürüst və açıq insandır.”