- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərəli müdafiəçi Harri Maquayr İngiltərənin “Mançester Yunayted” klubu ilə yeni müqavilə imzalaya bilər.
90deqiqe.Az-ın məlumatına görə, klub artıq futbolçunun nümayəndələri ilə yeni əmək müqaviləsi barədə danışıqlara başlayıb.
Hazırda tərəflər yalnız ilkin görüşü keçiriblər və yaxın zamanda yeni razılaşmanın detalları üzrə növbəti danışıqların keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Maquayr “Mançester Yunayted”də 2019-cu ildən çıxış edir. Cari İngiltərə Premyer Liqası mövsümündə müdafiəçi 6 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Komanda hazırda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.