- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərə millisinin və “Arsenal”ın sabiq müdafiəçisi Sol Kembell “Liverpul”un baş məşqçisi Arne Slotla “Arsenal”ın çalışdırıcısı Mikel Artetanın işini müqayisə edib.
90deqiqe.Az “The Times”ə istinadən xəbər verir ki, 51 yaşlı sabiq futbolçu iki mütəxəssisin fərqli şəraitdə işlədiyini vurğulayıb:
“Bəzən yavaş-yavaş addımlamaq daha yaxşıdır. Bəzi məşqçilərin bəxti gətirir. Arne Slot fantastik bir komandanı miras aldı və liqanı qazandı. O, demək olar ki, heç nəyi dəyişmədi.Artetaya isə bəzi futbolçulardan, yəni “balastdan” qurtulmaq lazım idi. Bu il “Arsenal” hər nə bahasına olursa-olsun qalib gəlməlidir. Amma uğur üçün çox çalışmaq lazımdır.”
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 7 turundan sonra “Arsenal” 16 xalla turnir cədvəlinə başçılıq edir. “Liverpul” isə 15 xalla ikinci pillədə qərarlaşıb.