- İngiltərə P.L.
- 12:43 04.12.2025
İspaniya millisinin və “Arsenal”ın futbolçusu Martín Subimendi klub seçimi barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "The Mirror" 26 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Mən “Arsenal”a baxırdım və gördüyüm hər şey xoşuma gəlirdi – həm ehtiras, həm də izlədiklərimdəki duyğular baxımından. Və Mikel Arteta mənə zəng etdi… Onunla söhbət etmisinizsə, bilirsiniz ki, çox inandırıcı ola bilir. O təklif mənim üçün ən yaxşı seçim idi.”
Qeyd edək ki, yarımmüdafiəçi ötən yay “kanonirlərə” qoşulub və 5 illik müqavilə imzalayıb. Bu, onun bir il əvvəl “Liverpul”a keçməkdən imtina etməsindən sonra baş verib. 2024-cü ildə “qırmızılar” Subimendinin müqaviləsindəki çıxış maddəsini aktivləşdirməyə çalışsalar da, oyunçu hələ “Real Sosyedad”dan ayrılmağın vaxtı olmadığını düşünərək keçidi rədd edib.
Cari mövsümdə Subimendi klub səviyyəsində 9 oyunda iştirak edərək 2 qol vurub.