5 dekabr 2025. Cümə

Uilşir "Luton"un baş məşqçisi təyin olundu


Uilşir "Luton"un baş məşqçisi təyin olundu

"Arsenal" keçmiş futbolçusu Cek Uilşir, İngiltərənin Birinci Liqasında (üçüncü divizion) çıxış edən "Luton Taun" klubunun baş məşqçisi təyin edilib. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yayımlanıb.

Uilşirin köməkçisi isə, İngiltərə milli komandasının sabiq üzvü və məşqçi Kris Pauell olacaq.

Cek Uilşir yeni vəzifəsi ilə bağlı bunları qeyd edib: "Luton Taun"un baş məşqçisi olmaq mənim üçün böyük şərəf və imtiyazdır. Bu, mənim üçün tamamlanmış bir dövrə kimidir. 8 yaşımda ilk dəfə Luton’a gəldiyimdən, buraya qayıdaraq məşqçilik karyeramın ilk ciddi vəzifəsini burada başladığım üçün xüsusi bir mənası var. Burada olmaqdan inanılmaz dərəcədə məmnunam və komandaya rəhbərlik etmək imkanı üçün çox heyacanlıyam."

"Luton Taun" hazırda İngiltərənin Birinci Liqasında (Üçüncü Divizion) mübarizə aparır. Cek Uilşir, futbolçu karyerasını 2022-ci ildə, 30 yaşında, zədə problemləri səbəbindən başa vurmuşdu. Məşqçilik fəaliyyətinə "Arsenal"ın gənclər komandasında başlayan Uilşir, 2024/2025 mövsümündə "Norviç Siti"nin baş məşqçisi olub. Maraqlıdır ki, Uilşir futbolçu karyerasına məhz "Luton"da, klubun gənclər komandasında başlayıb.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə