- İngiltərə P.L.
- 12:43 04.12.2025
Məşhur keçmiş futbolçu Emmanuel Peti “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, sabiq fransalı futbolçu bu açıqlamalara sərt reaksiya verib:
“İlk dəfədir eşidirəm ki, baş məşqçi komandasının uğursuzluqlarına belə bəhanə gətirir. Bu, gülüncdür. Amorim tam cəfəngiyat danışır. Onun futbolçuları da anlayır ki, bu, boş sözdür. “Mançester Yunayted” kimi klubu çalışdırarkən belə söz demək olarmı? Əgər böyük klubda tənqidə dözə bilmirsənsə, başqa klub tap. Top səviyyədə işləmə. Mən böyük klublarda oynamışam və orada həmişə yüksək gözləntilər olur. Meydana çıxırsansa, bəhanə axtarma, məsuliyyəti öz üzərinə götür. Bəli, tənqid bəzən ədalətsiz ola bilər, amma bununla yaşamağı bacarmalısan.”
Xatırladaq ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis bir müddət əvvəl komandasının problemlərinin oyun sistemində deyil, klub daxilindəki müəyyən məsələlərlə bağlı olduğunu bildirmiş və demişdi ki, “əgər bəzi şeylər dəyişməsə, istənilən taktiki sxemlə belə, komanda uğur qazana bilməyəcək”.