- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərənin “Liverpul” klubu bu həftə Çinin Şençjen şəhərində özünün 22-ci pərakəndə satış mağazasını istifadəyə verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Qeyd olunur ki, hazırda nə başqa bir futbol klubunun, nə də ABŞ-ın iri idman françayzinq şirkətlərinin bu qədər geniş qlobal satış şəbəkəsi mövcuddur.
“Liverpul”un hazırkı maliyyə sabitliyi və kommersiya uğurları ABŞ-ın "Fenway Sports Group" (FSG) adlı investisiya şirkətinin fəaliyyəti ilə sıx bağlıdır. Sözügedən şirkət 2010-cu ildə klubun nəzarət paketini alaraq genişmiqyaslı restrukturizasiya proqramına start verib. Bu proses çərçivəsində klubun infrastrukturu yenilənib, komanda strategiyası təkmilləşdirilib və maliyyə vəziyyəti sabitləşdirilib.
Yeni sponsorluq müqavilələri, effektiv marketinq fəaliyyəti və meydandakı uğurlu çıxışlar sayəsində “Liverpul” gəlirlərini artırıb, borclarını azaldıb və kommersiya göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Maliyyə sabitliyi əldə edildikdən sonra komanda idman uğurları ilə də diqqət çəkib – “Liverpul” UEFA Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub, həmçinin dünya futbolunun aparıcı klubları sırasında yerini möhkəmləndirib.