29 iyun 2026. Bazar ertəsi

“Brayton”da yeni klubu


 “Brayton”da yeni klubu

İngiltərənin “Brayton” klubu qapıçı Ceyson Stil ilə yeni müqavilə bağlayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “çəçilər”in mətbuat xidməti klubun rəsmi saytında məlumat yayıb.

Rəhbərlik 35 yaşlı qolkiperin gələn il başa çatacaq müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. Beləliklə, Stil daha iki mövsüm “Brayton”un heyətində qalacaq.

2018-ci ildən komandanın şərəfini qoruyan təcrübəli ingilis qapıçı bu müddət ərzində bütün turnirlərdə 60 oyuna çıxıb, 21 matçda qapısını toxunulmaz saxlayıb və 85 qol buraxıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeddi turundan sonra Fabian Hurtselerin rəhbərlik etdiyi “Brayton” 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər