21 mart 2026. Şənbə

Kole Palmer "Qarabağ"la oyunu buraxacaq


Kole Palmer "Qarabağ"la oyunu buraxacaq

İngiltərə Premyer Liqasının 8-ci həftəsində "Nottingham Forest" səfərinə çıxacaq "Çelsi"nin baş məşqçisi Enzo Mareska, qarşılaşma öncəsi jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bir müddətdir zədələnmiş olan komandalarının ulduzu Kole Palmerin son vəziyyəti haqqında məlumat verib.

İtalyan baş məşqçi, Palmerin zədəsinin gözlənilən müddətdən daha uzun davam edəcəyini və futbolçunun ən azı daha 6 həftə meydanlardan uzaq qalacağını açıqlayıb.

"Kole'ni mümkün qədər qorumağa çalışırıq və ən önəmlisi odur ki, o, geri döndüyündə tam hazır olsun. Böyük ehtimalla altı həftəlik müddətə ehtiyacımız olacaq. Ümid edirik ki, bu müddət kifayət edəcək, amma problemi addım-addım, həftə-həftə izləməliyik," – deyə bildirib.

İngiltərənin Premyer Liqasının keçən ay "Mançester Yunayted" ilə "Çelsi" arasında keçirilən matçında zədələnən Kole Palmer, son iki oyunda komandasında iştirak etməmişdi.

Kasık zədəsi yaşayan ulduz futbolçu, İngiltərə Liqa Kubokundakı "Linkoln Siti" və Çempionlar Liqasındakı "Benfika" ilə oyunlarda da meydanda olmamışdı.

Bu mövsümdə yalnız Premyer Liqada 3 oyuna çıxan Palmer, bir dəfə də qapını döyməyi bacarmışdı.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər