9 dekabr 2025. Çərşənbə axşamı

"Altı oyun qol vurmamaq problem deyil”


"Altı oyun qol vurmamaq problem deyil”

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandanın hücumçusu Viktor Qyökeresin məhsuldarlığı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Onun komandaya verdiklərindən çox razıyam. Oyunlarını izlədikcə bunun nə qədər vacib olduğunu görürəm. Ona ilk görüşdən əvvəl demişdim ki, mənə elə bir futbolçu lazımdır ki, altı-səkkiz oyun ardıcıl qol vura bilməsə də, bunun öhdəsindən gəlsin. Əks halda, başqa yer axtarmaq lazım olacaq, çünki təzyiq azalacaq, amma gözləntilər qalacaq. Əgər ‘Arsenal’ın 9 nömrəli formasını geyinirsənsə, deməlisən: ‘Yaxşı, altı oyundur qol vurmuram. Amma fərqli oynayıram, komandaya başqa cür kömək edirəm. Hamı kimi mən də uğur istəyirəm’. Fürsətlər yarananda onları dəyərləndirəcəyimizə əminəm”

Qeyd edək ki, isveçli hücumçu Viktor Qyökeres cari mövsümdə “Arsenal”ın heyətində 10 oyunda 3 qol vurub və 1 qolun ötürməsini edib.







İngiltərə P.L.

Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı
“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”