21 mart 2026. Şənbə

“Haverts bərpa prosesini sürətlə keçmək istəyir, amma..."


“Haverts bərpa prosesini sürətlə keçmək istəyir, amma..."

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumçusu Kay Havertsin sağlamlıq durumuna dair açıqlama verib. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Kay Havertsin reabilitasiya prosesi hələ davam edir. O, çox çalışır – biz Kayın necə futbolçu olduğunu bilirik və onu məhz buna görə sevirik. Amma gözləməliyik və vəziyyətini diqqətlə izləməliyik. Məncə, onun bərpası yaxşı gedir. Əminəm ki, o, mümkün olan ən qısa müddətdə geri dönmək istəyir. Lakin biz onu qoruyub, bərpa prosesini düzgün aparmalıyıq ki, geri qayıtdıqda uzun müddət komandaya faydalı olsun”.

Qeyd edək ki, almaniyalı futbolçu mövsümün əvvəlində dizindən zədə almışdı.“Arsenal” növbəti Premyer Liqa matçını oktyabrın 18-də səfərdə “Fulhem”ə qarşı keçirəcək.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər