7 may 2026. Cümə axşamı

“Nottingem Forest” baş məşqçisindən tarixi anti-rekord


“Nottingem Forest” baş məşqçisindən tarixi anti-rekord

“Nottinqem Forest” klubunun baş məşqçisi Ancelos Postekoqlu İngiltərə Premyer Liqasının 8-ci turunda “Çelsi”yə (0:3) məğlub olduqları matçda tarixdə nadir anti-rekorda imza atıb.

90deqiqe.Az xəbər verir ki, oyun Nottinqhemdəki “Siti Ground” stadionunda keçirilib.

60 yaşlı mütəxəssis klub tarixində ilk dəfə 8 matçlıq başlanğıcda heç bir qələbə qazana bilməyən baş məşqçi olub. Postekoqlunun rəhbərliyi altında “meşəçilər” bütün turnirlərdə iki heç-heçə və altı məğlubiyyətlə yadda qalıblar.

Avstraliyalı mütəxəssis bu il sentyabrda komandaya rəhbərlik etməyə başlayıb və portuqaliyalı Nunu Eşpiritu Santunu əvəz edib. Hazırda “Nottingem Forest” 8 oyundan sonra 5 xalla Premyer Liqa cədvəlində 17-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.