- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Nottingem Forest” və “Çelsi” komandaları qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, oyun Nottinqhemdəki “Siti Ground” stadionunda keçirilib və baş hakim funksiyasını Kris Kavana yerinə yetirib.
Matçda üstünlüyü “Çelsi” ələ keçirib. 49-cu dəqiqədə müdafiəçi Cosh Achimponq forvard Pedru Netunun ötürməsindən sonra komandasını önə çıxarıb. 52-ci dəqiqədə Netu fərdi bacarığı ilə fərqlənib. 84-cü dəqiqədə müdafiəçi Ris Ceyms hesabı daha da artırıb. 87-ci dəqiqədə isə “Çelsi” oyunçusu Malo Gyusto qırmızı vərəqə ilə cəzalanıb.
Qələbə sayəsində “Çelsi” mövsümdə xallarını 14-ə çatdıraraq Premyer Liqa cədvəlində 4-cü pilləyə yüksəlib. “Nottingem Forest” isə 8 oyundan sonra 5 xalla 17-ci yerdə qərarlaşıb.