8 noyabr 2026. Bazar günü

Postekoqlunun “Nottinqem Forest” ilə macərası başa çatdı


Postekoqlunun “Nottinqem Forest” ilə macərası başa çatdı

“Nottinqem Forest” klubu Ancelos Postekoqlunun baş məşqçi vəzifəsindən göndərib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klub rəsmi saytında məlumat yayıb.Bu qərar komandadakı ardıcıl uğursuz nəticələr fonunda verilib.

60 yaşlı mütəxəssis bu il sentyabr ayında “meşəçilər”in baş məşqçisi təyin olunmuşdu. Postekoqlunun rəhbərliyi altında klub bütün turnirlərdə 8 oyuna çıxıb, 6 məğlubiyyət və 2 heç-heçə ilə yadda qalıb.

Premyer Liqada 8 turdan sonra “Nottinqem Forest” 5 xal toplayaraq cədvəldə 17-ci pillədə qərarlaşıb və hazırda xallar fərqi ilə enmə zonasının yaxınlığındadır.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”