9 dekabr 2025. Çərşənbə axşamı

Erlinq Haland möhtəşəm seriyasını davam etdirir - son 11 oyunda 21 qol


Erlinq Haland möhtəşəm seriyasını davam etdirir  - son 11 oyunda 21 qol

“Mançester Siti”nin hücumçusu Erlinq Haland inanılmaz formada çıxış edir.

90deqiqe.Az-ın məlumatına görə, norveçli futbolçu cari mövsümdə yalnız bir görüşdə – 23 avqustda “Tottenhem”ə qarşı keçirilən və “şəhərlilər”in 0:2 hesabı ilə məğlub olduğu matçda fərqlənə bilməyib.

Həmin qarşılaşmadan sonra Haland ardıcıl 11 oyunda həm “Mançester Siti”, həm də Norveç millisinin heyətində meydana çıxıb və hər görüşdə qol sevinci yaşayıb. Bu seriya ərzində o, ümumilikdə 21 dəfə fərqlənib — 12 qol klubun, 9 qol isə millinin heyətində vurulub.

Qeyd edək ki, Pep Qvardiolanın komandası qarşıdakı həftə iki səfər oyununa çıxacaq: oktyabrın 21-də Çempionlar Liqasında “Vilyarreal”la, 26 oktyabrda isə Premyer Liqada “Aston Villa” ilə qarşılaşacaq.







İngiltərə P.L.

Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı
“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”